AllatRa Pattern Tape
Logo Creative Society YARADICI
CƏMİYYƏT

CƏMİYYƏT. SON ŞANS Bəşəriyyət tarixində misilsiz bir telekonfrans. Bütün dünya tərəfindən səsləndirilən həqiqət

11 may 2019-cu ildə “ALLATRA” Beynəlxalq ictimai hərəkatının platfomasında qlobal miqyaslı unikal hadisə — “CƏMİYYƏT. SON ŞANS” beynəlxalq telekonfrans baş tutmuşdur. Bu möhtəşəm hadisə Djordjiya (ABŞ) ştatının Atlanta şəhərində başlamışdır.

“CƏMİYYƏT. SON ŞANS” — bu insanlıq tarixində, dünyanın bir çox ölkələrindən insanları canlı ünsiyyət formatında birləşdirmiş ilk qlobal konfransdır. İnsanlar planetin müxtəlif nöqtələrində kofrans-zallarda yığışaraq İnternet üzərindən eyni anda biri-biri ilə əlaqəyə çıxmışlar ki, cəmiyyətin vacib və həlli tələb olunan məsələləri açıq və dürüst şəkildə müzakirə etsinlər.

İştirakçı ölkələr arasında: ABŞ, Ukrayna, Rusiya, Belorusiya, İsveçrə, Çexiya, İspaniya, Slovakiya, BƏƏ, Qazağıstan, Almaniya, Özbəkistan, Böyük Britaniya, Moldova, İtaliya, Latviya, Kanada, Yeni Zellandiya və digər ölkələr var idi. İnsanlar milliyətindən, inancından, vəzifəsindən, sosial statusundan asılı olmayaraq dünyada ilk dəfə olaraq birləşdilər və həqiqəti açıq şəkildə səsləndirdilər, bəşəriyyəti narahat edən əsas sual:  “Biz insanlıq, inkişaf vektorunu istehlakçılıqdan yaradıcılığa necə dəyişə bilərik?”

11 may 2019-cu il tarixində keçirilmiş misilsiz beynəlxalq konfransın qısa video icmalı

Spikerlərdən dürüs və cəsarətli şəkildə, artıq heç nəyə yaramayan istehlakçı cəmiyyət formatına münasibətdə beynəlxalq birliyin real əhvalını ifadə edəcək sözlər səslənirildi: “Burda heç kim öldürmək istəmir, aydındır ki, heç kim zorakılıq istəmir. Biz hamımız sülh və biri-birimizlə yaxşı münasibətlər istəyirik. Bəs onda niyə bizi ona inandırmağa çalışırlar ki, düşmənimiz var və biz qorxu və nifrət içində yaşamalıyıq? İnsanlar şikayət etmirlər. Şikayətlənənlər o kəslərdir ki, bizim üzərimizdəki hakimiyyəti və pul kisəsini bölüşdürə bilmirlər, hələ onu deyək ki, bu pul kisəsi bizimdir”

MİSLİ GÖRÜNMƏMİŞ FORMAT VƏ VAXTI YETİŞMİŞ MƏSƏLƏLƏR

Tədbirdə iştirak edənlərin hamısı bu tədbirin həqiqətən də qeyri-adi və misilsiz formatda olmasını vurğuladılar. Parktik olaraq bütün spikerlər, tədbirin qonaqları və bütün dünya ilə birlikdə bir bütöv olaraq birbaşa zaldan, öz yerlərindən danışırdılar. Hər danışan min insanın rəyini ifadə edirdi, iştirak edən hər kəs isə müxtəlif birliklərin nümayəndəsi idi. Dünyanın kinotatr və konqres-mərkəzlərin böyük ekranlarında hamı biri-birini görürdülər. Planetin müxtəlif yerlərindən insanlar biri-birinin gözlərinə baxa və vasitəçilərsiz söhbət edə bilirdirlər!

Cəmiyyət, zallarda səsləndirilən, zamanı yetişmiş məsələlərə daha həssas reaksiya verirdi. “Bu həqiqətən də hamı üçün təcili həlli tələb olunan məsələdir! Biz xoşbəxtik ki, nəhayət ki, KİV-nin söz oyunu və siyasi bəzəmələr olmadan əsil həqiqət səsləndirildi. Bu onu göstərir ki, biz insanlar birlikdə güclüyük və xeyir müxtəlif ölkələrdə hələ də diridir”— deyə iştirakçılar qeyd edirdilər.

“CƏMİYYƏT. SON ŞANS” konfransında toxunulan məsələlərin sırasında aşağıdakı məsələlər var idi:

Necə oldu ki, cəmiyyətin istehlakçı formatı bəşəriyyətimizin inkişafında çıxılmaz vəziyyət yaratmışdır? Necə edək ki, hamımız sülh yolu ilə, ölkələrə və xalqlara, heç bir kəsə zərər vermədən yaradıcı cəmiyyət formatına keçə bilək?

Əgər müxtəlif ölkələrdən insanlar öz çoxluğunda yalnız bir şeyi - sülh və xoşbəxt həyatı istəyirlərsə, niyə XXI əsrdə bizdə hələ də müharibələr, beynəlxalq münaqişələr, irqi və dini ayrı-seçkilik kimi dünyəvi problemlər mövcuddur?

Niyə dünyanın KİV-də yaradıcı cəmiyyət üçün vacib olan informasiya gizlədilir və ya təhrif olunur? Yaradıcı cəmiyyətdə KİV-də necə olmalıdır? Dünyada bu qədər dinlər mövcud olduğu halda niyə cəmiyyətdə insanlıq yoxdur? Niyə dünyada, əgər hamıya məlum nümunəni götürsək, islama qarşı ayrı-seçkilik mövcuddur, axı islam - bu, müsəlmanlar üçün Sevgi dini deməkdir?

Kim insanlıq üçün “Qiyamət saatı” əqrəbini saat 12-yə 2 dəqiqə qalmışa qoyub və  bunu dünyanın KİV-də “qızğın nüvə silahlanması və beynəlxalq vəziyyətin gərginlik faktoru kimi” hay-küy salıbdır, niyə 12-ni “apokalipsis və insanlığın tam məhvi” kimi göstərmişdir?

Xoş niyyətli insanları necə birləşdirək? Çıxış yolu var! Birlikdə insanlar çox şey edə bilərlər!

Bu G20 kimi oyun deyildir. Bu müxtəlif ölkələrdən olan azad insanlardır ki, açıq şəkildə həqiqəti deyirlər və əsas prioriteti Sülh, Vicdan və İnsanlığın olacağı vahid bəşər ailəsində yaşamaq istəyirlər.

BİR İLDƏN SONRA BÜTÜN İNSANLIĞI BİRLƏŞDİRMƏK

Bu genişmiqyaslı tədbirdə, spikerlər tərəfindən təklif olunmuşdu ki, hamı ilə birlikdə bir il sonra, may ayının ikinci şənbə günü yığışıb daha da böyük miqyaslı “CƏMİYYƏT. SON ŞANS 2020” #allatraunites, onlayn-konfrans təşkil etsinlər, hansı ki, bütün dünya ilə birlikdə yığışıb bütün ölkələrin nümayəndələrini və liderlərini çağıraq:

“Bu gün may ayının ikinci şənbəsidir. Gəlin bir ildən sonra dünyanın bütün insanları ilə bir araya gələk, liderlərimiz və dövlət məmurlarımızla birlikdə bütün dünya ictimaiyyətini bir araya toplayaq. Əgər yüksək vəzifəli dövlət məmurları, sadə insanların arasına düşməkdən ötrü həqiqətən də belə tənbəldirlərsə, problem deyil, onlar öz ofislərindən, öz rahat kreslolardan İnternet vasitəsi ilə qoşula bilərlər. Hətta manitor vasitəsi ilə bütün dünya ictimaiyyətinin gözlərinin içinə baxmaqla, onlar sadə vətəndaşlar kimi bizim suallarımıza cavab verə bilərlər, çünki onlar indi prezidentdirlər, amma sabah onlar yenə də sadə insan olacaqlar. Gəlin birlikdə yığışıb öyrənək, həqiqətən də bizim liderlərimiz bizi öldürmək istəyirlərmi? Biz, onların bizimlə əslində nə etdiklərini soruşmaq isəyirik - onlar bizi xilas edirlər yoxsa bizi qorxudurlar?

Bunun üçün hər birimiz çox şey edə bilərik. Hər kəs konfrans haqqında daha çox insanı məlumatlandırmaq üçün səy göstərə bilər, ondan ötrü ki, hər bir kəs öz insani mövqeyini ifadə edə və yeni yaradıcı cəmiyyətin gerçəkləşdirilməsi üçün öz töhfəsini verə bilsin. Elə bir cəmiyyət ki, sağlam düşünən hər kəs o cəmiyyətdə yaşamaq istəyir:

Biz hamımız yaxşı dünyada yaşamaq istəyirik, əgər biz onu yaratmasaq, onda bunu kim edəcək?... Gəlin bu konfrans haqqında informasiyanı KİV-də və bütün sosial şəbəkələrdə bölüşək, bütün planet miqyasında əlimizdən gələn hər şeyi edək. Bu son şansdır, biz saatı götürüb xoşbəxt yaşaya bilərik. Amma əgər biz bu fürsəti birləşmək üçün istifadə etməməyə qərar versək, onda niyə son iki dəqiqənin bitməsini gözləməliyik ki. Biz sadəcə elə indi saatın əqrəblərini “Gecə yarısı”na keçirə bilərik. Dünyanın sabah necə olacağı bizdən asılıdır. Biz başa düşürük ki, iqlim dəyişikliklərinə təsir göstərə billməyəcəyik, amma biz öz aramızdakı, insanların arasındakı münasibətləri dəyişə bilərik. Beləliklə, gəlin gələn ilin may ayının ikinci şənbə günü görüşək və birlikdə bəşəriyyətimiz üçün yol seçək!”

DÜNYADA REZONANS #ALLATRAUNITES

“CƏMİYYƏT. SON ŞANS” unikal konfrans bütün dünyada böyük bir rezonans doğurdu. Tədbir bitdi amma müxtəlif ölkələrdən olan insanlar dağılışmırdılar. Gecəyə qədər müzakirələr aparılır, gördükləri və eşitdikləri ilə bağlı rəyləri və təklifləri bildirən videolar yazılırdı. Hamı birmənalı olaraq bu hadisənin nə qədər əlamətdar olduğunu bildirirdi: nəhayət həqiqət bütün dünyaya yayıldı! İştirakçılar (ictimai xadimlər, konsullar, müxtəlif təşkilatların nümayəndələri, əməkdar

Dünya sosial şəbəkələrində, bütün dünya ictimaiyyətinin diqqətini, yaxın gələcəkdə hər birimizə toxunacaq unikal təşəbbüsə çəkmək üçün #allatraunites haştaqı geniş yayılmaqdadır! Bu ideya müxtəlif ölkələrdən olan tədbir iştirakçılarını hərəkətə keçməyə ilhamladırdı, axı bu ümumxalq təşəbbüs - bütün insanlıq üçün müasir böhranlardan və çıxılmaz vəziyyətlərdən real çıxışdır!  Hazırda ümumbəşəri pozitiv gələcəyin yetişməsi üçün hər kəs səy göstərə bilər!

Layihə haqqında video rəylər: