UNİKAL BEYNƏLXALQ ONLAYN-KONFRANS“YARADICI CƏMİYYƏT. PEYĞƏMBƏRLƏR NƏYİ ARZULAYIRDILAR”

Bütün dünya üzrə insanların 99%-i nəyi istəyirlər?
Hər bir insanın, məhz insanların özləri sayəsində dinlərin necə təmizləndiyinə və bütün peyğəmbərlərin gətirdiyi Həqiqətin öz saflığında necə bərpa olunduğuna şahid olmaq fürsəti əldə etdiyi unikal bir dövrdə yaşayırıq. Bu 20 mart 2021-ci ildə “Yaradıcı cəmiyyət. Peyğəmbərlər nəyi arzulayırdılar” ümumdünya konfransında baş tutmuşdur. Bu unikla hadisə bütün bəşəriyyət üçün əlamətdar bir hadisə oldu.

Konfransın əhəmiyyəti

Beynəlxalq konfrans dünyanın hər yerindən insanlar tərəfindən təşkil edilmiş və surdotərcümə də daxil olmaqla 45-dən çox dilə sinxron tərcümə edilmişdir. Fərqli ölkələrdə minlərlə onlayn platformada, müxtəlif telekanallarda və bütün sosial şəbəkələrdə canlı yayımlanırdı. Asudə vaxtlarında konfransın təşkili və keçirilməsi üçün əlindən gələni edən insanlar sayəsində, dünyada milyonlarla insan insanların birliyinin əsl gücünü gördü. Bu tədbirin əhəmiyyətini anlayan hər kəs konfrans haqqında məlumatı paylaşa və bütün dünyaya Həqiqəti çatdırmaqda iştirak edə bilər: Allah təkdir və Həqiqət hamı üçün birdir.
Bəşəriyyətin istehlakçı formatında 6000 illik mövcudluğu müddətində, Həqiqət bir faizindən azının mənfəəti üçün təhrif edilmiş və insanların 99%-dən gizlədilmişdir. Peyğəmbərlərin verdiyi həqiqəti təhrif edərək hakimiyyətə can atanlar, insanları kölə etmək və həyatlarına nəzarət etmək üçün dini təşkilatlar yaratdılar. İnsanlar, peyğəmbərlərin, Allah ilə insanın arasında heç bir vasitəçilər ola bilməz, Allahdan qorxmaq yox, sevmək lazımdır.
Dedikləri sözləri tədricən unutdular. Konfransda Vahid həqiqətin azlıq naminə müxtəlif dinlər tərəfindən necə yozulduğuna dair nümunələr səsləndirildi. Müxtəlif dinlərin nümayəndələri, alimlər, tədqiqatçılar xristianlıq, islam, induizm və buddizm haqqında ifşaedici həqiqəti açıq şəkildə ortaya qoydular. Onlar, Allahın dinlərdən kənarda olduğunu və insanlığın özlərini Allah ilə insan arasında vasitəçi adlandıranlara qulaq asmağı dayandırılmalı olduğunu xatırlatdılar. Peyğəmbərlərimizin vəsiyyətlərini xatırlamağın vaxtı gəldi.
speakerImg
Lesli Maqnum
YARADICI CƏMİYYƏT layihəsinin iştirakçısı (ABŞ)

Əgər heç olmasa bir din, peyğəmbərinin təlimini saflıqda saxlasaydı, biz indi tamamilə fərqli bir dünyada yaşamış olardıq: biz özümüzə taxılı olmazdıq, biz parçalanmazdıq, eyni bir Allahın epitetləri üçün döyüşməzdik. Böhranlar yaşamazdıq: iqtisadi və ələxsus da mənəvi. İndi biz, və bu zarafat deyil, başqa Qallaktikaları təqdqiq edirdik.

speakerImg
Amir Xan
Teleaparıcı, idman analitiki, konsultant, aktyor, marketoloq, beynəlxalq məşqçi, sahibkar, həyat-kouçu (Pakistan)

Bu gün bütün dünyadan olan insanlar nəinki Həqiqətin təhrif edilməsi haqqında doğruları səsləndirəcəklər, həm də peyğəmbərlərin gətirdikləri Həqiqəti öz saflığında bərpa edəcəklər! Biz, dünyanın insanları, peyğəmbərlərin sözlərini səsləndirəcəyik, çünki, təhrifsiz Həqiqətin eşidilməsini dünya tələb edir! Bu gün Peyğəmbərlərin haqqında söylədikləri gün yetişmişdir.

speakerImg
Robert Mikita
Sahibkar (Slovakiya)

Niyə dini liderlər, İsanın sözlərini təhrif etmədən insanlara çatdırmağın və Onun vəsiyyətlərinə əməl etməyin nümunəsi olmasının onların məsuliyyəti olduğunu unudurlar? Bəs biz nəyi görürük? Bizə təlqin edirlər ki, biz Allahı Sevməli yox, Ondan qorxmalıyıq. Məgər İsa bizə belə öyrədirdimi? İnsanlar qul deyillər və Allahdan qorxmalı deyillər, amma ola bilsin ki, vasitəçilər istəyirlər ki, biz onlardan qorxaq və onların qulu olaq?

İnsanlar bərabər və azad doğulurlar. Bizim azad insanlar kimi seçim etmək haqqımız vardır.

speakerImg
İrina Simons
MA incəsənət tarixçisi, “League of Sound” banisi (Hollandiya)

Tibetə və ümumiyyətlə buddizmə baxsaq, hamısı dəbli bir atraksiona, mənəvi-turistik atraksiona, pulla təklif olunan və alınan bir məhsula çevrildiyini görürük. Budda Şakyamuni özü, ağır zamanların dövrünü (indiki vaxtı, sizinlə birlikdə yaşadığımız dövr) əvvəlcədən görərək, öz təliminin gələcək tənəzzülündən danışırdı.

speakerImg
Sara Umer
İncəsənət və dizayn institutunda, qrafik dizayn fakultəsində incəsənət kafedrasnın dosenti, Penjab universitetində fəlsəfə doktoru (Pakistan)

Bu gün biz görə bilirik ki, bir çox dinlər ilə manipulyasiya edilir.

Hinduist, xristian və yəhudi keşişlərin etdiyi kimi müsəlman dünyasında və başqa hər şeydə təhriflərin olduğu açıqdır. Ancaq bu, insanların özlərinin ilkin mənbələri öyrənmədikləri üçündür.

Kütlələrlə manipulyasiya olunur, çünki, əgər onlar özləri sərbəst oxumurlarsa onlarla manipulyasiya edə bilərlər...

Bu yalnız insanların həqiqi bilikləri almaq şansı olduqda bitə bilər.

speakerImg
Jerald Auger
Yerli əhali ilə əlaqə üzrə məsləhətçi, prodüser, sahibkar, motivasiya spikeri (Kanada)

Biz böyük dəyişikliklər dövründə yaşayırıq və əcdadlarımızın bu dövr barədə xəbər verdikləri kimi, dünyada kütləvi bir mənəvi oyanış baş verəcəkdir.

Yaradan bizi o qədər sevir ki, iradə azadlığı verdi. Seçimimizi etməkdə sərbəstik, amma onun nəticələrindən azad deyilik. Təbii qanun sadəcə boşuna mövcud deyildir. Xeyirxah işlər görsən, yaxşı nəticələri də olacaqdır. Pis işlər görsən, pis nəticələr olacaq.

speakerImg
Ria Abu-El-Assal
Qüdsün on üçüncü Anglikan Yepiskopu, Qüds və Yaxın Şərqdəki Yepiskopial Kilsənin rəhbəri (İsrail)

Sizə yalnız Kilsənin bir nümayəndəsi olaraq deyil, eyni zamanda Yaxın Şərqdə, Qüdsdəki İngiltərə Kilsəsinin Yepiskopu, 13-cü Anglikan Yepiskopu olaraq da müraciət edirəm. Sizə ərəb, fələstinli, xristian, anqlikan və israilli kimi müraciət edirəm.

Allah dinin xaricindədir.

Allah varlığımın dərinliyidir. Allah varlığınızın dərinliyidir. Hamımız Qüdrətli Allahın gözəl surətində yaradılmışıq. Bu missiya da bizə, hər birimizdə Allahın yaratdığı obrazı qorumaq və bəzəməyə davam etmək üçün verilmişdir. Dəri rəngindən, dinindən, cinsindən, milliyyətindən asılı olmayaraq hər birimiz bu Müqəddəs Ruhun, Qüdrətli Tanrının bir hissəsinə sahibik. İnsanlar dini kitablarımızda bəhs olunan Ruha deyil, hərfə sadiq qalmağa davam etdikcə, insanlığın heç bir ümidi yoxdur.

speakerImg
Aleksandr Xakimov
Çaytanya Çandra Çaran Das. Din xadimi və vayşinizm təbliğatçısı, quru və Beynəlxalq Krişna şüuru cəmiyyətinin (İSKKON) İdarəetmə orqanının üzvü, yazıçı, rəssam.

Müraciətim budur ki, biz yeni peyğəmbərləri gözləməyək, amma üzümüzü bizə gələn peyğəmbərlərə tutaq. Peyğəmbərlər artıq var.

Xristianlar üçün bu İsa, müsəlmanlar üçün bu Məhəmməd peyğəmbər, qauidiya-vayşnalar üçün bu Çaytanya Mxaprabxu, buddistlər üçün Buddadır. Öz seçimini et və üzünü Peyğəmbərə tut...

Let's turn our faces to the prophets, let's take our minds off our confessions a little bit, let's take our minds off our climatic conditions and let's turn to the spiritual side, because God is not a Muslim, not a Christian, not a Hindu, He is spiritual, absolutely spiritual, He is the same for all like the Sun.

Axır zamanlar

səsləndirildi — bu axır zamanlar və müxtəlif müqəddəs mətnlərdə o zamanlar haqqında peyğəmbərliklərdir. Peyğəmbərliklərin gerçəkləşdiyinə və məhz bizim həlledici seçim etməli olduğumuz insanlar olduğuna dair əyani sübutlar təqdim edildi: bu zamanlar son zamanlar olacaq yoxsa sivilizasiyamız üçün yeni həyatın başlanğıcı qoyulacaqdır.

speakerImg
Robert Mikita
Sahibkar (Slovakiya)

Dünyamızda nələr baş verdiyini görüb, həqiqətən də hansı bir zamanda yaşadığımızı təxmin etmirikmi? Bunu hamı başa düşür, amma eyni zamanda fəaliyyət göstərmirik...

Nəyi gözələyirik, kahinlər bizə “hər şey yaxşı olacaq” deyəcək və siyasətçilər bunu təsdiqləyəcək? Şübhə edənlər üçün iqlim və iqtisadiyyatla bağlı baş verənlərə baxmaq kifayətdir. Ölkələr arasındakı dostluq möhkəmlənirmi? Hər şeyin hara apardığını nə əcəb görə bilmirik?

Ona görə hazırda mövcud istehlakçı cəmiyyətin heç bir mənası yoxdur.

speakerImg
Yuriy Nekrasov
Yaradıcı cəmiyyət layihəsinin iştirakçısı.

Məhz öz seçimimizlə insanda bütün heyvani təzahürlərin mümkün olduğu istehlakçı formatın şərtlərini dəstəkləyirik. Bu bizimlə sizin üzərinizdəki məsuliyyətdir.

Sizi düşünməyə dəvət edirik: Niyə Peyğəmbərlər fərqli vaxtlarda Qiyamət Saatı barədə xatırlatmalar saxladı? Axı, onların mesajı min illədən keçib gəldi! Niyə bizi bu barədə xəbərdar edirdilər? Peyğəmbərlər yanıla bilərdilərmi və bəlkə də bütün bunlar bizim haqqımızda deyil? Yox. Şəxsən mən əminəm ki, onlar indi Yer üzündə yaşayan bizə xəbərdarlıq edirdilər.

speakerImg
Yelizaveta Xromova
geolog-geofizik

Bütün peyğəmbərliklər ikilidir! Bu, hadisələrin inkişafının yalnız bir variantıdır. Bu günün — Qiyamət günün gerçəkləşməsini istəyirikmi? Yox! Onda hər şey öz əlimizdədir. Bu gün peyğəmbərlərin də barəsində danışdığı başqa bir ssenarini necə həyata keçirə biləcəyimiz barədə eşidəcəksiniz. Bu iki yol arasında seçim etmək bizim sizinlə məsuliyyətimizdir. Odur ki, düzgün seçim edək.

Bu gün hər kəs seçilmişdir

Bütün peyğəmbərlər bizə Allahı sevməyi və bir-birimizi sevməyi vəsiyyət etdilər, hər kəsin həyatının dəyərli olduğu, bütün insanların əmin-amanlıq içində yaşayacaqları bir cəmiyyət qurmağı bizə vəsiyyət etdilər. Bu gün dünyada milyonlarla insan artıq həqiqəti görür və hakimiyyəti qəsb edənlərə daha inanmır. İnsanlar bütün bəşəriyyətlə birləşməyə və peyğəmbərlərin arzuladıqları Yaradıcı Cəmiyyəti qurmağa hazırdırlar.

Bu konfrans əlamətdar hadisə oldu, çünki bu hadisə barədə Məhəmməd Peyğəmbər (s.a.v) tərəfindən yalnız ərəb dilində mövcud olan Hədislərin birində əvvəlcədən xəbər verilmişdi. Allahın elçisi deyir:

“Bu dünya xalqlarına göydən hər kəsin eşidəcəyi bir çağırış olacaq. Göydən və hər tərəfdən gələn güclü, dərin və zərif, hər dildən olan insanlara öz dillərində bir çağırış olacaq. Yatanlar qalmayacaq və hamı ayağa qalxacaq, bu çağırışdan insanlar bu xəbərin nə olduğunu görmək üçün öz evlərini tərk edəcəklər. Bu çağırış onları haqsızlığa, inamsızlığa, qarşıdurmaya və qan tökülməsinə son qoymağa və İmam Mehdinin (s) ardınca getməyə və atasının adı ilə çağırmağa çağırır!”

speakerImg
Dövlət İbrahim
Yaradıcı cəmiyyət layihəsinin iştirakçısı (Qazaxıstan)

Həqiqətən, İmam Mehdi, zor ilə gəlməyəcək, Allah Sevgisi ilə gələcək. İnsanlara bütün dinlərin mahiyyəti haqqında müdrik bir anlam gətirəcək. Bu Biliklər sayəsində oyanmış, ilham almış və birləşmiş insanlar bu Bilikləri yayacaqlar ki, bütün insanlıq vahid bir ailədə birləşsin.

Bütün peyğəmbərlər, son zamanlarda Haqq -Taalanın iradəsi ilə gələnə kömək edəcək insanların olacağını söyləmişlər.

Buna görə də qardaş və bacılar, unutmamalıyıq ki, bizim bir Allahımız var və hamımız Onun yaratdıqlarıyıq və hamımız qardaşıq və hamımız Peyğəmbərlərin arzu etdiklərini yerinə yetirmək üçün seçilmişik və əgər biz həqiqətən Uca Allahı sevir və Onun Elçilərinə hörmət ediriksə Yaradıcı cəmiyyəti qurmalıyıq!! İmam Mehdi ilə eyni vaxtda yaşamaq şərəfinə sahib olmağımız da əbəs yerə deyil!

speakerImg
Arman Bukeyev
(Qzaxıstan)

Peyğəmbərin dövründə hamı onun müraciətini başa düşmürdü. Çünki Onun müraicəti yalnız bizim üçün, bu gün yaşayan insanlar üçün idi. Məhz biz məsuliyyət daşıyırıq, biz hamımız seçilmişik! O bunu məhz bizə deyirdi. O hər şeyin dəyişəcəyini bilirdi. Bilirdi ki, bu gün, 20 martda, Allaha qovuşduğundan uzun illər sonra, o indi nə olacağını bilirdi. Bax indi həmin o gün yetişdi. Dünyanın hər yerindən insanların həqiqəti söylədiyi gün. Bu ifşaedici həqiqətdir. Həqiqətən də, Peyğəmbərin dediyi kimi, insanlara “haqsızlığa, inamsızlığa, münaqişələrə və qan tökməyə son qoymağa və Haqq dalınca getməyə çağırış edilir.

Fərqli dinlər, bütün peyğəmbərlərimiz indi yaşadığımız dövrlər haqqında danışırdılar. Babalarımız və ulu babalarımız bu günə qədər yaşamağı arzu edirdilər. Amma bu günə qədər yaşamaq bizə nəsib oldu. Bu, bəşər tarixində ilk dəfədir ki, baş verir. Peyğəmbərimizin haqqında söylədiyi gün bu gündür.

Biz, bütün dünyadan olan insanlar bu peyğəmbərliyi gerçək etdik! Konfrans internet vasitəsi ilə 45-dən çox dildə canlı yayımlanırdı. Planetdəki hər bir insanın çağırışı eşitmək, peyğəmbərlərimizə üz tutmaq və Yaradıcı Cəmiyyət qurmaq üçün birləşmək imkanı yarandı.

Bu gün hər bir insan seçilmişdir, çünki sivilizasiyamızın gələcəyi bugün yaşayan hər bir insanın seçimindən asılıdır!

YARADICI CƏMİYYƏT
Bizimlə əlaqə qurmaq üçün:
[email protected]
İndi hər kəs həqiqətən də çox şey edə bilər!
Gələcək hər kəsin şəxsi seçimindən asılıdır!