8 rəqəmi bir çox mədəniyyətlərdə — mükəmməlliyin, nizamın və tamlığın simvoludur.
Bu yeni mərhələnin, yeni dövrün başlanğıcıdır, yenilənmə və dirçələnmədir.
Mükəmməlliyə çatdırılmış sevgi, bərəkət və tərəqqənin, möhkəmliyin simvoludur.
Üfiqi vəziyyətdə səkkiz rəqəmi sonsuzluq işarəsi əmələ gətirir ki, o sonluluq anlayışının qarşılığıdır. Səkkiz, dünyanın bir çox ənənələrində mərasimi simvoldur.
"Yaradıcı cəmiyyət" layihəsinin kontekstində səkkiz, üzərində harmonik və ədalətli dünyanın quracağı özülləri — Yaradıcı cəmiyyətin 8 təməlini simvolizə edir.
Üçbucaq — çoxmənalı simvoldur və əsas mənaları sırasında: həyat, dağ, yüksələn impuls kimi mənalar var.
Üçbucaq ali qüvvələri təmsil etməklə, praktik olaraq bütün dini ənənələrdə əsas rola malikdir.
Üçbucaq 3 rəqəminin simvolik mənasını əks etdirir.
Ucu yuxarı yönəlmiş üçbucaq həqiqət, müdriklik, stabillik simvoludur. Üçbucağın simvolikası Vəhdət nöqtəsinə yüksəlmək prinsipinə uyğundur.
Yaradıcı cəmiyyət kontekstində üçbucaq yeni mərhələyə - insanların birliyi mərhələsinə yüksəlişi, dirçəliş və hər bir insanın davamlı inkişafını, onun həyat keyfiyyətinin yaxşılaşmasını simvolizə edir.
Dünya mədəniyyətlərində dairə həyatı, tamlığı, birliyi, ali mükəmməlliyi, fasiləsiz hərəkəti təcəssüm edir.
Dairə mifopoetikanın ən əhəmiyyətli simvolu olmaqla hər şeyi bilməyi, görünməyən yaradıcı başlanğıcı, birlik və tamlığı özündə ehtiva edir. Qədimdən dairənin simvolik mənası günəş, işıq və səma ilə bağlı olmuşdur.
Saat əqrəbi istiqamətində hərəkət yaradıcılıq və inkişafın təkamülü prosesini simvolizə edir. Bədii kompozisiyada soldan sağa hərəkət gələcəyə hərəkəti simvolizə edir.
Yaradıcı cəmiyyət kontekstində ucu yuxarı yönəlmiş ox işarəsi olan dairə, insanlığın birlikdə, azad insanların mükəmməl İdeal cəmiyyətinə yüksələn hərəkətini ifadə edir.