YARADICI CƏMİYYƏT

Beynəlxalq layihə

İnsanın Həyatı ən ali dəyərdir
#creativesociety
YARADICI CƏMİYYƏT Könüllülük əsasında 180-dən çox ölkədən insanları birləşdirən beynəlxalq layihədir. Layihənin məqsədi ən qısa zamanda, bütün dünyada insan həyatının ən yüksək dəyər olacağı, yeni yaradıcı formata qanuni və sülh yolu ilə keçməkdir.

Yaradıcı Cəmiyyət necə yarandı?

Cəmiyyətin belə bir formata tələbi, dünyanın hər yerindən olan milyonlarla insanlardan gəlir. Bunu 180 ölkədə, 10 ildən artıq müddətdə könüllülər tərəfindən aparılan tarixin ən böyük sosial sorğusu göstərib.

Hər kəsə eyni sual verildi: “Hansı dünyada yaşamaq istərdiniz?” İnsanların verdiyi cavablar “Yaradıcı Cəmiyyət” adını almış yeni bir cəmiyyət formatının təməlinə çevrildi. İnsanların verdiyi cavablar əsasında, “Yaradıcı Cəmiyyət” adlanan yeni cəmiyyət fotmatının qurulmasının əsasına çevrilən 8 Təməl formalaşdı. Onu həyata keçirmək üçün bu gün dünyanın hər yerindən insanlar birləşərək eyniadlı “Yaradıcı Cəmiyyət” layihəsində fəaliyyət göstərirlər.

Yaradıcı Cəmiyyət layihəsinin arxasında kim durur?

Layihənin arxasında dünyamızı yaxşılığa doğru dəyişmək istəyən və bunu qanuni və sülh yolu ilə necə edəcəyini bilən müxtəlif mədəniyyətlərdən, millətlərdən, dinlərdən və inanclardan olan milyonlarla insanlar durur. Belə insanlar sayı, hər gün daha çoxalır.

Onlar dünyanın hər yerindən qanunlara ciddi əməl etməklə birləşərək vahid məqsəd — bütün bəşəriyyətin və gələcək nəsillərin dinc və firavan yaşaması üçün layiqli şərait yaratmaqdan ötrü fəaliyyət göstərən insanlardır.

Yaradıcı Cəmiyyət layihəsini kim maliyyələşdirir?

Yaradıcı Cəmiyyət layihəsi çərçivəsində bütün işlər və tədbirlər yalnız layihə iştirakçılarının öz təşəbbüsü, seçimi və istəyi ilə, şəxsi vəsaitləri hesabına həyata keçirilir.

Yaradıcı Cəmiyyət layihəsinin bank hesabları, maliyyəsi və əmlakı yoxdur, maddi vəsait toplamır və heç bir qazanc əldə etmir.

Yaradıcı Cəmiyyət qanun çərçivəsində fəaliyyət göstərən, ayrı-ayrı dövlətlərin, partiyaların və ya təşkilatların deyil, yalnız insanların öz maraqlarını təmsil edən tamamilə könüllü layihədir.

Niyə bütün dünyada Yaradıcı Cəmiyyət lazımdır?

Bütün dünyada Yaradıcı Cəmiyyət bizə onun üçün lazımdır ki, yalnız Yaradıcı Cəmiyyət:
 

İqlim də daxil olmaqla bütün qlobal böhranlardan çıxış yolunu təmin edir;
Müharibələrin, münaqişələrin, zorakılığın, yoxsulluğun və aclığın olmadığı bir gələcəyi təmin edir;
Ən qısa müddətdə bəşəriyyəti dinc və qanuni yolla təkamül inkişafının yeni mərhələsinə çıxarmaq imkanı verir;
Hər bir insan üçün təhlükəsizlik, sağlamlıq, rifah və hərtərəfli inkişafı təmin edir.

Tək bir ölkədə və ya ölkələrin ittifaqında Yaradıcı Cəmiyyət qurmaq mümkündürmü?

Bu gün dünya ölkələri bir-biri ilə sıx bağlıdır və bir-birindən asılıdır, ona görə də bir ölkədə, hətta bir neçə ölkənin ittifaqında cəmiyyətin yaradıcı formatı yaşam qabiliyyətli deyil.

Yaradıcı Cəmiyyəti yalnız-bütün yer kürəsində və eyni zamanda bütün bəşəriyyətin birgə qurması mümkündür. Ümumdünya referendumunda müsbət qərar qəbul olunana qədər ayrı-ayrı dövlətlər yalnız Yaradıcı Cəmiyyətə keçmək niyyətlərini bəyan edə bilərlər. Əks halda, təkbaşına və ya qrup halında Yaradıcı Cəmiyyətə keçməyə cəhd edəcək ölkələrin, eləcə də əhalisinin təhlükəsizliyi təhlükə altına düşə bilər. Onlar hələ Yaradıcı Cəmiyyəti dəstəkləməyən ölkələrin qarşısında həssas və müdafiəsiz olacaqlar.

Yaradıcı cəmiyyətin 8 Təməli

Yaradıcı Cəmiyyətin 8 təməli bütün dünyada insanların istədiyidir. Onlar, ümumdünya referendumunda insanların qanuni iradəsi ilə bütün dünya ölkələrinin qanunvericiliyinin və beynəlxalq hüququn əsasına çevrilə biləcək Yaradıcı Cəmiyyətin əsas dəyərləridirlər.
1.İnsanın Həyatı

İnsanın Həyatı ən ali dəyərdir. Hər bir İnsanın həyatını öz həyatın kimi qorumaq lazımdır. Cəmiyyətin hədəfi hər bir İnsanın həyatının dəyərini qorumaq və buna zəmanət verməkdən ibarətdir. İnsanın Həyatından daha dəyərli heç bir şey yoxdur və ola da bilməz. Əgər tək bir İnsan dəyərlidirsə demək ki, bütün İnsanlar da dəyərlidirlər!

2.İnsanın azadlığı

Hər bir insan İnsan olmaq hüququ ilə doğulur. Bütün İnsanlar azad və bərabər doğulurlar. Hər kəsin seçim hüququ var. Yer üzündə İnsandan, onun Azadlığından və hüquqlarından daha üstün heç kim və heç nə ola bilməz. İnsanın hüquq və azadlıqlarının təmin edilməsi digər insanların hüquq və azadlıqlarını pozmamalıdır.

3.İnsanın təhlükəsizliyi

Cəmiyyətdə heç kimin və heç nəyin İnsanın həyatına və azadlığına təhlükə yaratmaq haqqı yoxdur!

Hər bir İnsana yemək, mənzil, tibbi xidmət, təhsil və tam sosial xidmət də daxil olmaqla əsas həyati ehtiyacların pulsuz olaraq təmin edilməsinə zəmanət verilir.

Cəmiyyətin elmi, istehsal və texnoloji fəaliyyəti yalnız və yalnız insanın həyatının keyfiyyətinin yaxşılaşdırılmasına yönəlməlidir.

Zəmanət verilmiş iqtisadi stabillik: inflyasiya və böhranların yoxluğu, bütün dünya üzrə stabil və bərabər qiymətlər, vahid pul vahidi, fiksə olunmuş minimal vergi və ya ümumiyyətlə verginin olmaması.

İnsanın və cəmiyyətin hər hansı təhlükələrdən qorunması ümumdünya fövqəladə hadisələrə qarşı mübarizə xidməti tərəfindən həyata keçirilir.

4.İnformasiyanın hər kəs üçün şəffaf və açıq olması

Hər bir İnsan, cəmiyyətə məxsus pul vasitələrinin hərəkəti və bölüşdürülməsi haqqında səhih məlumat əldə etmək hüququna sahibdir. Hər bir İnsan üçün, cəmiyyətin aldığı qərarların həyata keçirilməsinin hansı mərhələdə olduğuna dair məlumatlar açıqdır.

KİV yalnız və yalnız cəmiyyətə məxsusdur və məlumatları doğru, açıq və dürüst bir şəkildə əks etdirirlər.

5.Yaradıcı ideologiya

İdeologiya, insanların ən yaxşı xüsusiyyətlərinin populyarlaşdırılmasına və həmçinin İnsana qarşı duran hər şeyin qarşısının alınmasına yönəlmiş olmalıdır. Başlıca prioritet insanlıq, İnsanın ali mənəvi-əxlaqi dəyərlərə doğru can atma, humanizm, vicdanlılıq, qarşılıqlı hörmət və dostluğun möhkəmləndirilməsi prioritetidir.

Həqiqi mənada bir İnsanın inkişafı və tərbiyə edilməsi üçün lazımi şərtlərin yaradılması, hər bir insanda və cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin yetişdirilməsi.

Zorakılığın təbliğinin qadağan edilməsi və istənilən formada parçlanmanın, aqressiyanın, qeyri-insaniliyin təzahürünün pislənməsi.

6.Şəxsiyyətin inkişafı

Yaradıcı cəmiyyətdə hər bir insan hərtərəfli inkişaf etmək və özünü reallaşdırmaq hüququna malikdir.

Təhsil almaq pulsuz və hamı üçün eyni dərəcədə əlçatan olmalıdır. İnsanın öz yaradıcı qabiliyyətlərini və istedadlarını həyata keçirməsi üçün şəraitin yaradılması və imkanların genişləndirilməsi.

7.Ədalət və bərabərlik

Bütün təbii sərvətlər İnsana məxsusdur və dürüst bir şəkildə bütün insanlar arasında bölüşdürülür. Sərvətlərin monopoliyasına və onların məsuliyyətsiz istifadəsinə yol verilmir. Bu sərvətlər Yer üzündəki bütün sakinlər arasında ədalətli olaraq bölüşdürülür.

İnsanın istəyi olduğu təqdirdə iş ilə təmin olunmasına zəmanət verilir. Eyni vəzifə, ixtisas, sənət üçün verilən əmək haqqı dünyanın hər yerində eyni olmalıdır.

Hər kəs cəmiyyət tərəfindən fərdin kapitallaşması üçün qoyulmuş ölçüdən çox olmayaraq özəl mülkiyyət və gəlirlərə sahib olmaq hüququna sahibdir.

8.Cəmiyyətin özünüidarəsi

Yaradıcı cəmiyyətdə “hakimiyyət” məfhumu mövcud deyil, çünki bütün cəmiyyətin inkişafının, həyat şəraitinin və ahəngdar ictimai quruluşun məsuliyyəti hər bir İnsanını üzərinə düşür.

Hər bir İnsan Yaradıcı Cəmiyyətin işlərinin idarə edilməsində və İnsan həyatının yaxşılaşdırılmasına yönəlmiş qanunların qəbulunda iştirak etmək hüququna malikdir.

İnsan həyatının keyfiyyətinə təsir göstərən ictimai vacib, sosial əhəmiyyətli, iqtisadi məsələlər haqqında qərarların qəbul edilməsi bütün xalqın müzakirəsinə və səs verməyə (referendum) çıxarılır.

8 Təmələ dair qeyd
Yaradıcı Cəmiyyətdə yeni iqtisadi modelin və yeni texnologiyaların tətbiqi sayəsində puldan istifadəyə ehtiyac qalmayacaq. Odur ki, Yaradıcı Cəmiyyətin 8 Təməlinin pul münasibətlərinin mövcudluğundan irəli gələn bəzi müddəaları yalnız Yaradıcı Cəmiyyətə keçid dövründə aktual olacaq.

Yaradıcı Cəmiyyət planetdəki hər bir insana nə verir?

Cəmiyyətin yaradıcı formatı hər bir insan üçün böyük perspektivlər və imkanlar açır.
Yaradıcı Cəmiyyətin tam şəkildə həyata keçirilməsi üçün yeni iqtisadi model, yeni texnologiyalar tətbiq etmək, cəmiyyətdə bir çox prosesləri yenidən təşkil etmək lazımdır. Ona görə də Yaradıcı Cəmiyyətə keçid dövrü lazımdır ki, bu da ilkin hesablamalara görə 5-6 il davam edə bilər. Artıq Yaradıcı Cəmiyyətə keçid dövründə hər bir insan doğuluşundan aşağıdakı faydaları əldə edir:
10000 $ ekvivalentində aylıq şərtsiz əsas gəlir (hər bir yetkinlik yaşına çatmış kəs üçün);
Birinci doğulan uşaq üçün 100 000 $ ekvivalentində birdəfəlik ödəniş, ikinci uşaq üçün isə 200 000 $ və s. ödəniş ediləcək 6 yaşınadək uşaqlar üçün aylıq ödənişlər 5000 $ ekvivalentində, 7 yaşından yetkinlik yaşına qədər uşaqlar üçün 7000 $ ekvivalentində olacaq;
Adambaşına ən azı 60 kv.m nəzərdə tutulmaqla şəxsi mülkiyyətiniz olacaq geniş və komfortlu pulsuz mənzil;
Bütün dünya üzrə yüksək keyfiyyətli pulsuz tibb;
Dünyanın istənilən nöqtəsində pulsuz və keyfiyyətli təhsil;
Gündə 4 saat, həftədə 4 gün olmaqla iş, eyni vəzifə, ixtisas, peşə üçün bütün dünya üzrə eyni yüksək səviyyədə əmək haqqı, ildə 2 dəfədən az olmayaraq ən azı 30 təqvim günü davam edən ödənişli məzuniyyət;
Müharibələrin, münaqişələrin, cinayətlərin və korrupsiyanın olmadığı təhlükəsiz dünya;
Zəmanətli iqtisadi sabitlik: inflyasiyanın, defoltların və böhranların olmaması, bütün dünya üzrə stabil və fiksə edilmiş qiymətlər;
Fiziki şəxslər, kiçik və orta biznes üçün vergilərin olmaması;
Fiziki şəxslər üçün bütün kommunal xidmətlər (qaz, işıq, su, istilik və s.) məhdudiyyətsiz və pulsuzdur;
İpotekalar da daxil olmaqla bütün kredit borclarının silinməsi;
Vizasız rejim, dünya üzrə sərbəst hərəkət etmək imkanı;
İnsan həyatını yaxşılaşdıran ən qabaqcıl texnologiyaların inkişafı və onların dünyanın istənilən yerində hər kəs üçün əlçatan olması.

Yaradıcı Cəmiyyətdə bu faydalar planetdəki hər bir insan üçün necə təmin ediləcək?

Yaradıcı Cəmiyyətdə bəşəriyyət tarixində analoqu olmayan tamamilə yeni iqtisadi model sayəsində planetin hər bir insanı üçün yüksək həyat səviyyəsi təmin ediləcək. Bu model dünyanın hər yerindən mütəxəssislər tərəfindən hazırlanıb və təklif olunub və o həyata keçirildiyi ilk gündən həyatımızı dəyişəcək.
Bu model ilə siz “Qlobal böhran. Çıxış yolu var” Beynəlxalq forumda ictimaiyyət üçün təqdim olunmuş prezentasiyada daha ətraflı tanış ola bilərsiniz.

Nəzərə alsaq ki, Yaradıcı Cəmiyyətdə insana doğuluşundan çox şey verilir, onda insanın özündən nə tələb olunur?

Yaradıcı cəmiyyətdə insan bir çox faydalar və üstünlüklər əldə edir. Bu, hər bir insanın cəmiyyətin həyatında fəal iştirakını — onun əməyini, intellektual töhfəsini, istedadını tələb edir. Yaradıcı Cəmiyyətdə insan özünü inkişaf etdirir və onun ayrılmaz tərkib hissəsi kimi bütün cəmiyyətə fayda verir.
Cəmiyyətin işlərinin idarə edilməsində, o cümlədən insan həyatının mühüm, əsas məsələlərinə dair qanunların və qərarların qəbulunda cəmiyyətin fəal və məsuliyyətli iştirakı zəruridir. Bu onunla əlaqədardır ki, Yaradıcı Cəmiyyət ictimai quruluşun yeganə formatıdır ki, orada hakimiyyət kiminsə üzərinə qoyulmur, insanların özləri tərəfindən, yəni dünyada hər bir insan tərəfindən tamamilə özünüidarəetmə: vahid qlobal Elektoral platformada kollektiv qərarlar qəbul etmək yolu ilə həyata keçirilir.
Beləliklə, Yaradıcı Cəmiyyətdə “insanların üzərində hakimiyyət” anlayışı olmayacaq, çünki, hakimiyyət əslində bütün insanlara məxsus olacaq. İnsanlar özləri birlikdə həm qlobal, həm də yerli məsələləri həll edəcəklər.

Niyə Yaradıcı Cəmiyyət formatını əvvəllər tətbiq edilmiş digər modellərlə

və hətta hipotetik olaraq işlənib hazırlanmış, lakin həyata keçirilməmiş modellərlə müqayisə etmək lazım deyil? Çünki cəmiyyətin təşkilatlanmasının bütün digər modellərində azlığın çoxluq üzərində hakimiyyəti həmişə gizli və ya açıq formada qorunub saxlanılmışdır. Yaradıcı Cəmiyyətdə isə heç kim hakimiyyəti qəsb edə və ya insanların əlindən ala bilməyəcək, çünki özünüidarə zamanı hakimiyyət funksiyası bütün insanlar arasında bərabər paylanacaq.

Yaradıcı Cəmiyyətdə özünüidarənin necə fəaliyyət göstərəcəyi haqqında daha ətraflı məlumat üçün “Qlobal Böhran. Çıxış yolu var” Beynəlxalq forumda təqdim edilmiş videoda baxın:

Yaxın illərdə bütün dünyada Yaradıcı Cəmiyyəti necə qurmaq olar?

Yaradıcı Cəmiyyətin qurulmasının iki mərhələdən ibarət dəqiq planı var. Yaradıcı Cəmiyyətin qurulmasının hər iki mərhələsi beynəlxalq və milli qanunvericiliyin normalarına uyğun olaraq həyata keçirilir.
1
Məlumatlandırma mərhələsi
İnsanlar öz hüquq və azadlıqlarından istifadə edərək Yaradıcı Cəmiyyət haqqında digər insanlara məlumat verirlər. Beləliklə, bütün dünyada qanuni və sülh yolu ilə Yaradıcı Cəmiyyətin qurulmasına ictimai tələb yaranır. İnsanların əksəriyyəti bu tələbi nə qədər tez formalaşdırsa, Yaradıcı Cəmiyyətin qurulmasının növbəti mərhələsinə bir o qədər tez keçmək mümkün olacaq.
2
Ümumdünya referendumuna hazırlıq və keçirilməsi mərhələsi
Dünyanın bütün ölkələrində insanların əksəriyyəti Yaradıcı Cəmiyyəti dəstəklədikdən sonra bəşəriyyətin yaşaması üçün yeganə məqbul və zəruri olan yaradıcı inkişaf modelinin bütün bəşəriyyət tərəfindən qəbul edilməsi ilə bağlı dünya referendumu hazırlanacaq və keçiriləcək.
Dünya referendumuna hazırlıq prosesində onun keçirilməsi üçün zəruri qanunvericilik və texniki baza hazırlanaraq qəbul ediləcək.

Dünya referendumuna aşağıdakı sual çıxarılacaq:

İnsanlar bütün bəşəriyyətin cəmiyyətin istehlakçı formatından yaradıcı formata keçidini və bütün bəşəriyyətin vahid sivilizasiyada — Yaradıcı Cəmiyyətdə birləşməsini dəstəkləyirlərmi?

Müsbət qərar:

Yaradıcı Cəmiyyətin 8 Təməlinin qlobal Konstitusiyanın əsas müddəaları kimi qəbul edilməsi;

Yer kürəsində ən yüksək hakimiyyət orqanı kimi vahid qlobal Elektoral platformanın təsdiqi;

Yaradıcı Cəmiyyətə keçid dövrünün başlama tarixinin təyin edilməsi deməkdir.

Dünya referendumunda müsbət qərar qəbul edildikdən sonra insanlar öz səlahiyyətlərini birbaşa həyata keçirməyə başlayır, siyasətçilər isə insanların iradəsinin icraçılarına çevrilirlər. Yəni qanunların qəbulu, bütün icraçıların təyinatı, nəzarət və geri çağırılması, eləcə də bütün digər sosial əhəmiyyətli qərarlar vahid qlobal Elektoral platformada səsvermə yolu ilə insanların özü tərəfindən qəbul ediləcək. Bu platforma qanunvericilik bazasına, yəni bəşəriyyətin yaşadığı hamı üçün məcburi olan qaydaların yeganə mənbəyinə çevrilir.

Yaradıcı Cəmiyyətdə yaşamağa daha tez başlamaq üçün nə edə bilərsiniz?

Bütün dünyada artıq hərəkətə keçmiş milyonlarla insanlara qoşulun və ətrafınızı, Sizə tanış olan və olmayan insanları cəmiyyətin Yaradıcı formatı haqqında qanuni yolla məlumatlandırın. Bu fəaliyyət Yaradıcı Cəmiyyətin qurulması məqsədi ilə geniş ictimai tələbin yaradılması üçün zəruridir. Yer kürəsindəki insanların böyük çoxluğu, hamı üçün layiqli yaşayış şəraitinin mümkün olduğunu nə qədər tez bilsə, bir o qədər tez dünya referendumu keçiriləcək.

Əgər ümumdünya referendumunda insanların əksəriyyəti indiki cəmiyyət formatının, istehlakçı formatdan yaradıcı formata dəyişmək qərarına gəlsə, təxminən 6 aydan sonra Yaradıcı Cəmiyyətə keçid dövrü başlayacaq ki, bu da ilkin hesablamalara görə, 5-6 il davam edə bilər. Onun tamamlanmasından sonra biz Yaradıcı Cəmiyyətin yeni dövrünə qədəm qoyuruq.

Qeyd etmək lazımdır ki, bir çox nemətlər və imtiyazlar keçid dövrünün ilk günündən insan üçün əlçatan olur: hər bir insan təhlükəsiz, firavan, sabit və azad həyat əldə edəcək.

Yaradıcı Cəmiyyət layihəsinin
iştirakçısı necə olmaq olar?

Əgər Siz Yaradıcı Cəmiyyət haqqında məlumatı paylaşsanız, hətta sadəcə layihənin mövcudluğu haqqında məlumat ötürsəniz belə, artıq onun iştirakçısısınız. Əgər Siz layihəni dəstəkləyirsinizsə, Yaradıcı Cəmiyyət haqqında müxtəlif məlumatlandırma üsullarından istifadə edə bilərsiniz və onlarla burada tanış ola bilərsiniz:

Yaradıcı Cəmiyyətin loqotipi ilə maketlər:

Baxmaq

Yaradıcı Cəmiyyətin tez qurulması üçün onun haqqında hamını daha tez və effektiv şəkildə məlumatlandırmaq istəyirsiniz?

Yaşayış yerinizdə mövcud olan Koordinasiya Mərkəzlərinə qoşulun və əgər yoxdursa, onları özünüz yarada bilərsiniz. Bu, daha effektiv məlumatlandırmanı təmin edəcək və Yaradıcı Cəmiyyətin sürətlə qurulmasına səbəb olacaq.
Sizin Koordinasiya Mərkəziniz binanızın, küçənizin, rayonun, şəhərin sakinlərini Yaradıcı Cəmiyyət haqqında məlumatlandırmağı öz üzərinə götürmüş və yerli qanunvericiliyə uyğun olaraq könüllülük əsasında fəaliyyət göstərən insanlardır.
Mövcud Koordinasiya Mərkəzinə qoşulmaq və ya Koordinasiya Mərkəzini açmağınız barədə məlumat vermək istəyirsinizsə, bizimlə əlaqə saxlayın: [email protected]

Yaradıcı Cəmiyyətin qurulmasında
siyasətçilərin rolu

Siyasətçilər, o cümlədən siyasi partiyaların üzvləri və ölkə liderləri öz peşə fəaliyyətləri, tutduqları vəzifələrə, tanınmış olduqlarına görə Yaradıcı Cəmiyyət haqqında məlumatlandırmaq üçün geniş imkanlara malikdirlər. Siyasətçilərin məlumatlandırmada iştirakı Yaradıcı Cəmiyyətin qurulması prosesini xeyli sürətləndirəcək.

Yaradıcı Cəmyyət layihəsinin iştirakçıları Yaradıcı Cəmiyyət haqqında fəal məlumatlandıracaq siyasətçilərə istənilən hüquqi yolla dəstək verə bilərlər.

Nəzərə almaq lazımdır ki, Yaradıcı Cəmiyyəti dəstəkləyən, o cümlədən layihənin könüllüsü olan, hətta hakimiyyətə, çoxluğun dəstəyinə malik olan, habelə qanunvericiliyi, o cümlədən ölkə konstitusiyasını dəyişdirmək üçün real imkanları olan siyasətçilər ilk növbədə öz ölkəsinin ərazi bütövlüyünü, suverenliyini və mənafeyini, xalqının, eləcə də hər hansı partiyadan seçildikləri təqdirdə partiyanın mənafeyini müdafiə etməyə borcludurlar.

Eyni zamanda, öz ölkələrində və beynəlxalq arenada siyasətçilər sırf qanuni üsullarla Yaradıcı Cəmiyyət haqqında məlumat verə və onun tez bir zamanda qurulmasına öz töhfələrini verə bilərlər. Onlar da ölkənin imkanlarından çıxış edərək, müstəsna olaraq qanunla və xalqın dəstəyi ilə Yaradıcı Cəmiyyətin müəyyən təməllərini Konstitusiyaya daxil edə bilərlər, lakin yalnız o halda ki, bu, insanlara, onların hüquq və azadlıqlarına xələl gətirməyəcək, təhlükə yaratmayacaq, ölkəni iqtisadi, siyasi, sosial, mədəni və digər sahələrdə zəiflətməyəcək, onun dövlət quruluşunu məhv etməyəcək, suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün itirilməsinə səbəb olmayacaq, ölkənin rəqabət qabiliyyətini aşağı salmayacaq və digər mənfi nəticələrə gətirib çıxarmayacaq.

Bu xəbərdarlıqlar ona görədir ki, ümumdünya referendumunda cəmiyyətin yaradıcı formatı qəbul edilməzdən əvvəl belə bir ölkə digər dövlətlərlə kökündə qeyri-dürüstlük, aqressivlik, döyüşkən siyasətin olduğu istehlakçı formatı şəraitində qarşılıqlı əlaqələri davam etdirir və hətta Yaradıcı Cəmiyyətin ən başlıca təməli olan — insan həyatının dəyərli olması təməlinin real olaraq həyata keçirilməsini təmin edə bilməyəcək. İstənilən dəyişikliyi tətbiq edən siyasətçilər ilk növbədə öz ölkələrinin və vətəndaşlarının rifahının qayğısına qalmalıdırlar.

Yaradıcı Cəmiyyəti dəstəkləyən insanlar, öz növbəsində, öz ölkələrinin qanunlarına əməl etməlidirlər və əgər bu, insanlar və bütövlükdə ölkə üçün mənfi nəticələrə səbəb ola bilərsə, ayrıca götürülmüş bir ölkədə Yaradıcı Cəmiyyətin faydalarını həyata keçirməyi siyasətçilərdən tələb etməməlidirlər. Yaradıcı Cəmiyyətin bütün təməllərinin və faydalarının tam şəkildə həyata keçirilməsi yalnız qlobal referendumda onun qurulması barədə qərar qəbul edildikdən sonra mümkün olacaq.

Yaradıcı Cəmiyyətdəki hər bir insan başqa hansı faydaları, üstünlükləri və perspektivləri əldə edəcək?

Yaradıcı Cəmiyyət haqqında tam ətraflı məlumatı dünyanın 150 dilinə tərcümə edilmiş Beynəlxalq onlayn forumlarda ala bilərsiniz:
Qlobal böhran. Xilasımız birliyimizdədir | Beynəlxalq onlayn forum 12.11.2022
Qlobal böhran. Çıxış yolu var | Beynəlxalq onlayn forum 22.04.2023