AllatRa Pattern Tape
Logo Creative Society YARADICI
CƏMİYYƏT

YARADICI CƏMIYYƏTIN 8 TƏMƏLI

İnsan, cəmiyyətin əsasını təşkil edən bir vahiddir.
İnsanlıq isə böyük bir ailədir.
1
İnsanın Həyatı

İnsanın Həyatı ən ali dəyərdir. Hər bir İnsanın həyatını öz həyatın kimi qorumaq lazımdır. Cəmiyyətin hədəfi - hər bir İnsanın həyatının dəyərini qorumaq və buna zəmanət verməkdən ibarətdir. İnsan Həyatından daha dəyərli heç bir şey yoxdur və ola da bilməz. Əgər tək bir İnsan dəyərlidirsə demək ki, bütün İnsanlar da dəyərlidirlər!

2
İnsanın Azadlığı

Hər bir insan doğuluşundan İnsan olmaq haqqına malikdir. Bütün İnsanlar azad və bərabər doğulurlar. Hər birimizin seçim haqqı vardır. Yer üzündə İnsandan, onun Azadlığından və hüquqlarından daha üstün heç kim və heç nə ola bilməz. İnsanın hüquq və azadlıqlarının təmin edilməsi digər insanların hüquq və azadlıqlarını pozmamalıdır.

3
İnsanın Təhlükəsizliyi

Cəmiyyətdə heç kimin və heç nəyin İnsanın həyatına və azadlığına təhlükə yaratmaq haqqı yoxdur!

Hər bir İnsana yemək, mənzil, tibbi xidmət, təhsil və tam sosial xidmət də daxil olmaqla əsas həyati ehtiyacların pulsuz olaraq təmin edilməsinə zəmanət verilir.

Cəmiyyətin elmi, istehsal və texnoloji fəaliyyəti yalnız və yalnız insan həyatının keyfiyyətinin yaxşılaşdırılmasına yönəlməlidir.

Zəmanət verilmiş iqtisadi stabillik: inflyasiya və böhranların yoxluğu, bütün dünya üzrə stabil və bərabər qiymətlər, vahid pul vahidi, fiksə olunmuş minimal vergi və ya ümumiyyətlə verginin olmaması.

İnsanın və cəmiyyətin hər hansı təhlükələrdən qorunması ümumdünya fövqəladə hadisələrə qarşı mübarizə xidməti tərəfindən həyata keçirilir.

4
İnformasiyanın hər kəs üçün şəffaflığı və açıq olması

Hər bir İnsan, cəmiyyətə məxsus pul vasitələrinin hərəkəti və bölüşdürülməsi haqqında səhih məlumat əldə etmək hüququna sahibdir. Hər bir İnsan üçün, cəmiyyətin aldığı qərarların həyata keçirilməsinin hansı mərhələdə olduğuna dair məlumatlar açıqdır.

KİV yalnız və yalnız cəmiyyətə məxsusdur və məlumatları doğru, açıq və dürüst bir şəkildə əks etdirirlər.

5
Yaradıcı ideologiya

İdeologiya, insanların ən yaxşı xüsusiyyətlərinin populyarlaşdırılmasına və həmçinin İnsana qarşı duran hər şeyin qarşısının alınmasına yönəlmiş olmalıdır. Başlıca prioritet insanlıq, İnsanın ali mənəvi-əxlaqi dəyərlərə doğru can atma, humanizm, vicdanlılıq, qarşılıqlı hörmət və dostluğun möhkəmləndirilməsi prioritetidir.

Creating conditions for the development and education of a Human with a capital “H”, cultivating moral values in each person and society.

Zorakılığın təbliğinin qadağan edilməsi və istənilən formada parçlanmanın, aqressiyanın, qeyri-insanlığın təzahürünün pislənməsi.

6
Şəxsiyyətin İnkişafı

Yaradıcı cəmiyyətdə hər bir kəs hərtərəfli inkişaf etmək və özünü reallaşdırmaq hüququna malikdir.

Təhsil almaq pulsuz və hər kəs üçün eyni dərəcədə əlçatan olmalıdır. İnsanın öz yaradıcı qabiliyyətlərini və istedadlarını genişləndirməsi və həyata keçirməsi üçün lazımi şəraitin yaradılması.

7
Ədalət və bərabərlik

Bütün təbii sərvətlər İnsana məxsusdur və dürüst bir şəkildə bütün insanlar arasında bölüşdürülür. Sərvətlərin monopoliyasına və onların məsuliyyətsiz istifadəsinə yol verilmir. Bu sərvətlər Yer üzündəki bütün sakinlər arasında ədalətli olaraq bölüşdürülür.

Öz istəyi olduğu təqdirdə İnsanın iş ilə təminatına zəmanət verilir. Eyni vəzifə, ixtisas, sənət üçün verilən əmək haqqı dünyanın hər yerində eyni olmalıdır.

Hər kəs cəmiyyət tərəfindən fərdin kapitallaşması üçün qoyulmuş ölçüdən çox olmayaraq özəl mülkiyyət və gəlirlərə sahib olmaq hüququna sahibdir.

8
Cəmiyyətin özünüidarəsi

“Hakimiyyət” məfhumu Yaradıcı cəmiyyətdə mövcud deyil, çünki bir bütün olaraq cəmiyyətin inkişafının, həyat şəraitinin və ahəngdar ictimai quruluşun məsuliyyəti hər bir İnsanını üstünə düşür.

Hər bir İnsan Yaradıcı cəmiyyətin fəaliyyətinin idarə edilməsində və İnsan həyatını yaxşılaşdıracaq qanunların qəbul edilməsində iştirak etmək hüququna malikdir.

Cəmiyyət üçün əhəmiyyət kəsb edən və İnsan həyatının keyfiyyətinə təsir göstərən, sosial baxımından vacib, iqtisadi məsələlər haqqında qərarların qəbul edilməsi bütün xalqın müzakirəsinə və səs verməyə (referendum) çıxarılır.

Creative society Logo with ALLATRA ornament
Yaradıcı cəmiyyətin qurulması mərhələləri barədə “Yaradıcı cəmiyyətin təməlləri və qurulması mərhələləri” məqaləsində ətraflı öyrənə bilərsiz.
Oxumaq