AllatRa Pattern Tape
Logo Creative Society YARADICI
CƏMİYYƏT

YARADICI CƏMİYYƏTİN TƏMƏLLƏRİ VƏ QURULMASI MƏRHƏLƏLƏRİ

18 may 2020

Artıq heç kim üçün sirr deyil ki, cəmiyyətdə və insanda qlobal dəyişikliklərin zamanı gəlibdir. Artıq bir çoxları üçün aydındır ki, cəmiyyət son həddə gəlib çatmışdır. Sanki bütün istehlakçı bəşəriyyətimizin ilişib qaldığı, dik yamacın üstündə olub yalanda, hiylədə, qeyri-insanlıqda donub qalmış soyuq bir qar yığını kimidir. Məgər budurmu onun zirvəsi? Klimatik, iqtisadi, siyasi, pandemik səbəblər nəticəsində ictimai şüurun stress uçqununun düşməsi qaçılmazdır. Məsələ yarana biləcək nəticələrdədir. İndi biz insanlar öz gələcəyimizi necə qabaqlaya bilərik? Necə edək ki, hamımız sağ qalaq və qaçılmaz itki risklərini minimallaşdıraq? Çıxış var!

Məlum olduğu kimi qar uçqununa kiçik bir təkan da hətta bir insanın göstərdiyi təzyiq də səbəb ola bilər. Amma cəmiyyətin ümumi hərəkəti hara istiqamətlənmiş olacaq? Eqoizm və təkəbbürün məhvedici uçurumuna yoxsa yaradıcı su dolu çayın yatağına hansı ki, cəmiyyətə yeni bir mövcudluq forması bəxş edəcək və bəşəriyyətimizin gələcək nəsillərin həyatının dirçəlməsi üçün əlverişli şərait yaradacaqdır? Səndən başqa bu vektoru kim dəyişəcək ki! Bu məqalə bunu necə etmək haqqındadır.


*     *     *


2019-cu ilin 11 mayında bütün dünya ictimaiyyətində qlobal dəyişiklərin başlanğıcını labüd etmiş ümumdünyəvi hadisə baş vermişdirDünyanın hər yerindən çoxlu sayda insanlar tarixdə ilk dəfə olaraq “Cəmiyyət. Son şans“ onlayn konfransı çərçivəsində “ALLATRA“. Beynəlxalq ictimai hərəkatı platformasında yığışmışdılar. İnsanlar, hazırda bəşəriyyətin qarşısında durmuş ən vacib məsələləri açıq və səmimi şəkildə müzakirə etmişlər. Ən vacib olanı da odur ki, bu məsələlərin açıq və doğru şəkildə, necə varsa o cür qoyuluşundan əlavə, həm də bu problemlərin həlli yolları da səsləndirlimişdir. Bu misilsiz hadisənin nəticəsi “ALLATRA” Beynəlxalq ictimai hərəkatının unikal ümumdünya layihəsi olan “Yaradıcı cəmiyyət layihəsinin yaranması oldu. Onun unikallığı nədədir? İlk öncə ondadır ki, bu layihə bütün bəşəriyyətimiz üçün həyati vacibdir. Mahiyyətcə bu, hazırda bəşəriyyətin düşdüyü eqoistik, istehlakçı özünü həlak etmənin çıxılmaz vəziyyətindən çıxmağın yeganə mümkün yoludur. Bu presedent və ardından gələn hadisələr zənciri məndə, şəxsən mənim üçün və bütün bəşəriyyət üçün hələki heç də hər şeyin bitməməsi ümidini daha da möhkəmləndirməyə kömək etdi. .

Bu zaman ərzində “ALLATRA” Beynəlxalq ictimai hərəkatının müxtəlif ölkələrdən olan və elə mənim kimi yaradıcı ideyalar ilə ilhamlanmış iştirakçıların səyləri nəticəsində bir çox işlər görülmüşdür. Bütün dünya üzrə çoxlu sayda sosial sorğular beynəlxalq onlayn-görüşlər, konfranslar keçirilmiş, çoxlu müsahibələr çəkilmiş, maraqlı məqalələr dərc edilmiş və bir çox digər sosial əhəmiyyəti olan layihələr həyata keçirilmişdir. Birlikdə biz həqiqətən də bir çox işlər görə bilmişik. Amma görünür biz, hər kəsə səslənə bilmək üçün kifayət qədər edə bilməmişik.

Bu vaxt ərzində biz dünyanın hər yerindən olan müxtəlif insanlarla danışdıq və hamı, real olaraq hər kimlə danışsaq da Yaradıcı cəmiyyətin ona lazım olduğunu, onun üçün vacib olduğunu və belə bir dünyada yaşamaq istədiyini qeyd etmişdir.

Bütün bu zaman ərzində Yaradıcı cəmiyyət haqqında informasiyanın bütün dünyada yayılmasını necə sürətləndirmək barədə düşünürdüm. Necə edək ki, biz hamımız birləşək və öz səylərimizi daha da effektiv edək? Bu informasiyanı, bu mümkünlüyü Yer üzündəki bütün insanlara necə çatdıraq? Axı zaman gözləmir! Biz artıq nə az nə çox təxminən səkkiz milyard insanıq və bu hər birimizə aiddir. Axı indi əgər biz bir tədbir görməsək onda çox yaxın zamanda müsibətlər uçqunu üstümüzə gələcək. Bəs necə edək?

Bu suallara cavabları biz dostlarımızla birgə hörmətli İqor Mixayloviç Danilov ilə olan söhbət əsnasında aldıq. Həmişə olduğu kimi İqor Mixayloviç Danilov böyük səbir və xeyirxahlıqla cəmiyyətdə yaranmış vəziyyətdən çıxış yolunu, Yaradıcı cəmiyyəti yaratmağın mahiyyətini və mənasını izah etdi, hansı ki, biz bunu sizin hamınızla da bölüşmək istəyirik, əziz dostlar!

HƏDƏF VƏ MƏNA

Ən vacib olanı — hədəfdir! Əgər hədəf varsa — hər şeyin mənası var, əgər hədəf yoxdursa onda hər şey öz mənasını itirir. Hədəfimiz nədir? Bizim hədəfimiz — cəmiyyətin bu istehlakçı çıxmazından, mahiyyətcə, hazırda bəşəriyyət olaraq hər birimizin mövcud olduğu, bu maskalanmış quldarlıq rejimi olan gizlin köləlik formasından çıxmaq və heyvan olaraq yox İnsan olaraq yaşamağa başlamaqdır. Əsas hədəf isə — mənəvi cəhətdən azad insanların İdeal cəmiyyətini, bizim gələcək nəsillərimizə layiqli həyat, rifah və ruhi-mənəvi tərəqqini zəmanət verəcək cəmiyyətə nail olmaq və qurmaqdır. Sevgi və İnsanlıq cəmiyyəti və ya müxtəlif dinlərdə adlandırıldığı kimi — Ədəm. Səni artıq indidən elədiyin əməllərdə dəyişdirən və həyatını ali məna ilə dolduran gələcəyin cəmiyyəti.

Bunun üçün gərək olan nədir? Mərhələləli inkişaf. İqor Mixayloviç, Yaradıcı cəmiyyətin, bəşəriyyətin quldarlıq-feodalizm quruluşundan, müasir insanlar üçün tamamilə yeni olan bir həyat tərzinə — İdeal cəmiyyətə təkamülü üçün sadəcə bir mərhələ olması barədə əsas məqamlar haqqında danışdı. Yaradıcı cəmiyyət keçid mərhələsidir hansı ki, onsuz ali hədəfə — mənəvi azadlığa sahib olan insanların İdeal cəmiyyətinə keçid qeyri mümkündür.

İqor Mixayloviç Danilov belə bir maraqlı assosiativ nümunə gətirdi“Bol sulu geniş bir çay təsəvvür edin, hansı ki, böyük sahili, suyun altına keçən adadan ayırır. Bu adada vəhşi heyvanlar vardır. Müasir bəşəriyyətimiz isə, mahiyyətcə, onlardan heç nə ilə fərqlənmir. Biz rəsmən doğru şeylər deyirik, ali şeylər, ideallar haqqında danışırıq, amma faktiki olaraq heyvanlar yaşayan təki yaşayırıq. Biz parçalanmışıq. Biz anklavalar yaratmışıq. Həmişə ərazilər üçün döyüşürük, münasibətləri aydınlaşdırırıq, iyerarxiyalar qururuq, dominantlıq üçün mübarizə aparırıq.

Məgər bu İnsana layiqdirmi? Məgər belə şəraitdə yaşamaq bir İnsana yaraşırmı? Müasir cəmiyyətdə hər şey insana qarşıdır. İnsanlar, onları əsarətə almış üstqurumları özləri yaratmışlar. Kiçik qrupların simasında “kağızdakı maraqlar”, “dövlətin” maraqları, “cəmiyyətin” maraqları prioritetdə durur və yalnız ən sonda öz əlləri ilə onların bu “nağıllarını həqiqətə çevirən” və bununla özünü daha da böyük əsarətə salan insanın maraqları durur. Məgər bu normaldırmı? Biz bu abstraksiyaları yaratmaqla onlara öz haqlarımızı vermiş olduq. Öz haqlarımızla bərabər bizdən nemətlərimizi də götürdülər. Bütün bunları insanlara qaytarmaq vaxtıdır. Çünki bu dünya İnsan üçün yaradılıb və ona verilib. İnsan özünün İnsan statusunu itirməməlidir və yalnız onda bizim İdeal cəmiyyət qurmaq şansımız olacaqdır.

Nümunəmizə qayıdaraq deyək ki, İdeal cəmiyyət — çayın digər sahilində, Ədəm adlanan stabillik və firəvanlığın böyük sahilində yerləşir. Batan adadan çıxıb ölüm dənizindən keçmək üçün, biz, yalan və şərin hakim olduğu, münasibətlərin istehlakçı, heyvani formatından Həqiqət və Sevginin hakim olduğu Ədəmə körpü salmalıyıq. Bu körpü insanların vahid iradəsi və birgə əməli olan möhkəm daşdan qurulmalıdır. Bu körpü həmin Yaradıcı cəmiyyətdir ki, 8 dayaq üzərində durur”. Dəqiqləşdirmək üçün soruşdum: “Bu dayaqlar nədir?” İqor Mixayloviç dedi ki, bu körpünün dayaqları Yaradıcı cəmiyyətin 8 təməlidir.

YARADICI CƏMİYYƏTİN 8 TƏMƏLİ

İnsan, cəmiyyətin əsasını təşkil edən bir vahiddir. İnsanlıq isə böyük bir ailədir.

  1. İnsanın Həyatı

    İnsanın Həyatı ən ali dəyərdir. Hər bir İnsanın həyatını öz həyatın kimi qorumaq lazımdır. Cəmiyyətin hədəfi — hər bir İnsanın həyatının dəyərini qorumaq və buna zəmanət verməkdən ibarətdir. İnsan Həyatından daha dəyərli heç bir şey yoxdur və ola da bilməz. Əgər tək bir İnsan dəyərlidirsə demək ki, bütün İnsanlar da dəyərlidirlər!

  2. İnsanın Azadlığı

    Hər bir insan doğuluşundan İnsan olmaq haqqına malikdir. Bütün İnsanlar azad və bərabər doğulurlar. Hər birimizin seçim haqqı vardır. Yer üzündə İnsandan, onun Azadlığından və hüquqlarından daha üstün heç kim və heç nə ola bilməz. İnsanın hüquq və azadlıqlarının təmin edilməsi digər insanların hüquq və azadlıqlarını pozmamalıdır.

  3. İnsanın Təhlükəsizliyi

    Cəmiyyətdə heç kimin və heç nəyin İnsanın həyatına və azadlığına  təhlükə yaratmaq haqqı yoxdur!

    Hər bir İnsana yemək, mənzil, tibbi xidmət, təhsil və tam sosial xidmət də daxil olmaqla əsas həyati ehtiyacların pulsuz olaraq təmin edilməsinə zəmanət verilir.

    Cəmiyyətin elmi, istehsal və texnoloji fəaliyyəti yalnız və yalnız insan həyatının keyfiyyətinin yaxşılaşdırılmasına yönəlməlidir.

    Zəmanət verilmiş iqtisadi stabillik: inflyasiya və böhranların yoxluğu, bütün dünya üzrə stabil və bərabər qiymətlər, vahid pul vahidi, fiksə olunmuş minimal vergi və ya ümumiyyətlə verginin olmaması.

    İnsanın və cəmiyyətin hər hansı təhlükələrdən qorunması ümumdünya fövqəladə hadisələrə qarşı mübarizə xidməti tərəfindən həyata keçirilir.

  4. İnformasiyanın hər kəs üçün şəffaflığı və açıq olması

    Hər bir İnsan, cəmiyyətə məxsus pul vasitələrinin hərəkəti və bölüşdürülməsi haqqında səhih məlumat əldə etmək hüququna sahibdir. Hər bir İnsan üçün, cəmiyyətin aldığı qərarların həyata keçirilməsinin hansı mərhələdə olduğuna dair məlumatlar açıqdır.

    KİV yalnız və yalnız cəmiyyətə məxsusdur və məlumatları doğru, açıq və dürüst bir şəkildə əks etdirirlər.

  5. Yaradıcı ideologiya

    İdeologiya, insanların ən yaxşı xüsusiyyətlərinin populyarlaşdırılmasına və həmçinin İnsana qarşı duran hər şeyin qarşısının alınmasına yönəlmiş olmalıdır. Başlıca prioritet insanlıq, İnsanın ali mənəvi-əxlaqi dəyərlərə doğru can atma, humanizm, vicdanlılıq, qarşılıqlı hörmət və dostluğun möhkəmləndirilməsi prioritetidir.

    Həqiqi mənada bir İnsanın inkişafı və tərbiyə edilməsi üçün lazımi şərtlərin yaradılması, hər bir insanda və cəmiyyətdə mənəvi-əxlaqi dəyərlərin yetişdirilməsi.

    Zorakılığın təbliğinin qadağan edilməsi və istənilən formada parçlanmanın, aqressiyanın, qeyri-insanlığın təzahürünün pislənməsi.

  6. Şəxsiyyətin İnkişafı

    Yaradıcı cəmiyyətdə hər bir kəs hərtərəfli inkişaf etmək və özünü reallaşdırmaq hüququna malikdir.

    Təhsil almaq pulsuz və hər kəs üçün eyni dərəcədə əlçatan olmalıdır. İnsanın öz yaradıcı qabiliyyətlərini və istedadlarını genişləndirməsi və həyata keçirməsi üçün lazımi şəraitin yaradılması.

  7. Ədalət və bərabərlik

    Bütün təbii sərvətlər İnsana məxsusdur və dürüst bir şəkildə bütün insanlar arasında bölüşdürülür. Sərvətlərin monopoliyasına və onların məsuliyyətsiz istifadəsinə yol verilmir. Bu sərvətlər Yer üzündəki bütün sakinlər arasında ədalətli olaraq bölüşdürülür.

    Öz istəyi olduğu təqdirdə İnsanın iş ilə təminatına zəmanət verilir. Eyni vəzifə, ixtisas, sənət üçün verilən əmək haqqı dünyanın hər yerində eyni olmalıdır.

    Hər kəs cəmiyyət tərəfindən fərdin kapitallaşması üçün qoyulmuş ölçüdən çox olmayaraq özəl mülkiyyət və gəlirlərə sahib olmaq hüququna sahibdir.

  8. Cəmiyyətin özünüidarəsi

    “Hakimiyyət” məfhumu Yaradıcı cəmiyyətdə mövcud deyil, çünki bütöv olaraq cəmiyyətin inkişafının, həyat şəraitinin və ahəngdar ictimai quruluşun məsuliyyəti hər bir İnsanın üstünə düşür.

    Hər bir İnsan Yaradıcı cəmiyyətin fəaliyyətinin idarə edilməsində və İnsan həyatını yaxşılaşdıracaq qanunların qəbul edilməsində iştirak etmək hüququna malikdir.

    Cəmiyyət üçün əhəmiyyət kəsb edən və İnsan həyatının keyfiyyətinə təsir göstərən, sosial baxımından vacib, iqtisadi məsələlər haqqında qərarların qəbul edilməsi bütün xalqın müzakirəsinə və səs verməyə (referendum) çıxarılır.

Bu məlumatlar öz müdrikliyi və dərinliyi ilə bizi sarsıtmışdı. Təbii ki, hər bir insan belə bir cəmiyyətdə yaşamaq istəyər. Bu gün Yer planetində yaşayan bizlərin qarşısında sadəcə tək bir sual dayanır: ən qısa zamanda bunu necə həyata keçirə bilərik?

YARADICI CƏMİYYƏTİN QURULMASI MƏRHƏLƏLƏRİ

İgor Mixayloviç Yaradıcı cəmiyyətin qurulması üçün mərhələliyin vacibliyini vurğuladı və hər bir mərhələnin nədən ibarət olduğunu izah etdi.

  1. Məlumatlandırma mərhələsiBu Yaradıcı cəmiyyət haqqında bəşəriyyətin məlumatlandırılmasıdır. Laqeyd olmayan hər bir insan Yaradıcı cəmiyyət haqqında mümkün olduğu qədər çox sayda insanı məlumatlandıra bilər. Bu, hal-hazırda dünyanın müxtəlif ölkələrindən olan çoxlu sayda vicdanlı və dürüst insanların fəal şəkildə gördükləri işdir.

  2. Siyasi mərhələMüxtəlif ölkələrdə vahid Yaradıcı cəmiyyət ideologiyasına sahib “Yaradıcı cəmiyyət” siyasi partiyalarının yaradılması. Partiyaların ümumi koordinasiyası, Beynəlxalq İctimaiyyət tərəfindən, yəni siyasət və dindən kənar bir toplum olan “ALLATRA” Beynəlxalq İctimai Hərəkatı tərəfindən idarə olunan Beynəlxalq Mərkəzi Komitet tərəfindən həyata keçirilir. Məqsəd sadədir: siyasəti, insanları bir-birlərindən ayıran bir vasitə olaraq deyil insanları bir-birləri ilə birləşdirən bir vasitə olaraq istifadə etməkdir.

  3. Ümumdünya referendumuBəşəriyyətin həyatda qala bilməsi üçün yeganə məqbul və zəruri olan yaradıcı inkişaf modelinin qəbul edilməsi üçün bütün insanlar arasında ümumdünya referendumunun keçirilməsi.

İlkin mərhələ, Yaradıcı cəmiyyətin qurulmasının mümkün olması haqqında bəşəriyyəti xəbərdar etmək mərhələsidir. Bununla hal-hazırda biz aktiv məşğul oluruq. İnsanların əməlləri onlar haqqında çox şey deyir. “ALLATRA” Beynəlxalq İctimai Hərəkatnın iştirakçıları tərəfindən hər gün çoxlu sayda yaradıcı layihələr həyata keçirilir və istəyi olan hər kəs bu layihələr haqqında Hərəkatın rəsmi mənbələrindən məlumat ala və bu həyati vacib təşəbbüsə qoşula bilər.

Müasir cəmiyyətdə əsas rola malik olan və bizim cəmiyyətin idarə olunduğu təməl bir vasitə vardır. Onun adı siyasətdir. Ondan istifadə etdiyimiz təqdirdə, Yaradıcı cəmiyyətin qurulması işinin həyata keçirməsini xeyli sürətləndirmiş olacağıq.

Artıq 6000 ildir ki siyasət insanları kölələşdirmək və istehlakçı dəyərlər sistemini möhkəmləndirmək üçün xidmət edir. Ancaq bu gün o Yaradıcı cəmiyyətin qurulması işində bütün insanlığa xidmət edə bilər!

Müasir cəmiyyətin idarə olunması elə qurulub ki, biz öz ölkəmizdə səs verməyə gedir və bizə təklif edilmiş namizədlərdən birini seçərək seçkilərin ardından ona öz hüquqlarımızı veririk. Yəni, biz öz hüquqlarımızı tanımadığımız insanlara ötürürük və bununla özümüzü hüquqlarımızdan məhrum edirik. Çünkü onları hüquqlarımızın nümayəndəsi kimi təyin edən bizlərik. Lakin hüquqlarımız ilə birlikdə biz öz nemətlərimizi də onlara vermiş oluruq. Məhz bu cür biz insanın üstündəki üstqurumu yaratmış olduq. Bəs bizlərin hökm vermə səlahiyyətləri verib təyin etdiyimiz belə bir adam, bizim üçün və maraqlarımız üçün işləyəcəkmi? Bizə aid nemətləri bizə geri verəcəkmi? Xeyr, çünkü o bu nemətlərə alışmışdır və artıq bizə aid nemətləri öz şəxsi mülkiyyəti olaraq görür. O, özü, öz ailəsi haqqında düşünəcək, bizim haqqımızda yox. Niyə? Çünkü istehlakçı, eqoist düşüncə tərzinə sahib ikən o düşünəcək ki, əks təqdirdə, insanların maraqlarını müdafiə etməyə başladığı təqdirdə bizim səviyyəmizə qədər alçalaraq bizlər kimi yalnız ötürülmüş hüquqlarla qalacaq və real nemətlərdən məhrum olacaq. Məgər bu cəfəngiyyat deyilmi? Gizli köləliyin forması deyilmi bu?

Əlimizdən hər şeyi aldıqdan sonra, insanların əksəriyyəti üçün yerinə yetirilməsi imkansız olan çox sərt öhdəliklər yazılmışdır. Bu öhdəlikləri tam mənasıyla yerinə yetirmək sadəcə olaraq mümkün deyil. Bu isə insanları daimi bir təlaş və qorxu içində yaşamağa vadar edir, insanlara özlərini zəif və alçaq hiss etməyə məcbur edir. Biz indi məhz belə bir cəmiyyət içində mövcud olmaq məcburiyyətində qalmışıq. Hər şey fırıldaqçılıq və manipulyasiyadan ibarətdir! İstehlakçı cəmiyyətin bütün mahiyyəti bundan ibarətdir. Onda hər şey belə qurulubdur, çünkü o insanın əleyhinə yönəlmişdir. Bu bir faktdır. Belə bir cəmiyyət uzun müddət mövcud olmağa qadir ola bilərmi? Onun gələcəyi ola bilərmi? Aydındır ki, yox.

Ancaq istənilən vasitəni həm xeyirə həm də ziyana istifadə etmək olar, onunla həm dağıda həm də qura bilərik. Ona görə də siyasət, bizim Yaradıcı cəmiyyəti qura bilməmiz üçün, düzgün və həqiqətən də ədalətli, yaşamağa qabil, həyatverici bir qanunvericilik bünövrəsini inşa etmək üçün istifadə etdiyimiz bir vasitə ola bilər və olmaq məcburiyyətindədir.

Bu gün bizlər artıq çoxdan öz aktuallığını itirmiş olan Roma qanunvericiliyinə əsaslanaraq yaşamağa davam edirik. Elə qanunlar yaratmaq lazımdır ki, bu qanunlar hər bir insanın maraqlarının müdafiə olunacağına zəmanət versin. Bu qanunların təməlini də Yaradıcı cəmiyyətin 8 təməli təşkil edəcəkdir. Siyasət işdə beynəlxalq əlaqələrin və birliyin, xalqlar arasındak dostluğun möhkəmləndirilməsinə kömək edən bir vasitə olmalıdır, yoxsa bu gün olduğu kimi təzyiqin, təcavüzkarlığın vasitəsi olmamalıdır. Siyasət, daha da parçalamaq vasitəsi kimi deyil, tam əksinə, bütün insanlıq ailəsini ən qısa müddətdə birləşdirəcək vasitə kimi istifadə edilə bilər və olunmalıdır da.

Əgər biz indiki kimi siyasətdən bir vasitə kimi istifadə etmədən indiki tempdə getməyə davam etsək Yaradıcı cəmiyyətin qurulması prosesi uzun illər uzanacaqdır. Gəlin ayıq ağılla baxaq, bəs insanlığın bu qədər vaxtı varmı? İnsanlığın istehlakçı cəmiyyət formatından Yaradıcı cəmiyyət formatına keçid prosesini sürətləndirmək üçün biz siyasətdən ən effektiv vasitələrdən biri kimi istifadə edə bilərik və artıq istifadə etməyə başlamalıyıq.

Hamımız öz ölkələrimizin vətəndaşlarıyıq. Biz seçkilərdə iştirak edərək fərqli namizədlərə səs verir və ardından onların bizim həyatımızı pisləşdirib istehlakçı formatı möhkəmləndirdikləri üçün məyus oluruq. Onlar bizim maraqlarımıza işləyən yox, bir Vahid İnsanlıq Ailəsi olaraq bizə qarşı işləyən qanunlar qəbul edirlər. Bunun bir nəticəsi olaraq bizim həyat şəraitimiz daima çətinləşir və pisə doğru gedir. Yəni bu insanlar hakimiyyətə gəldiyində İnsanın və Vahid İnsanlıq Ailəsinin maraqlarından başqa hər kəsin maraqlarını müdafiə edirlər. Əgər bir siyasətçi İnsana və onun hüquqlarına qarşı isə ona necə səs vermək olar? Əgər o yalançılığa və fırıldaqçılığa meyilli isə ona necə səs vermək olar?

Bu vəziyyəti dəyişmək üçün isə biz Yaradıcı cəmiyyətin 8 Təməlini qanunvericilik nəzdində həyata keçirəcək və tətbiq edəcək siyasətçilərə səs verməliyikBundan daha yaxşı, daha asan və daha düzgün olanı isə, dünyanın hər bir ölkəsində Yaradıcı cəmiyyətin 8 Təməlini tətbiq edəcək “Yaradıcı Cəmiyyət” adında vahid bir dünya partiyasının yaradılmasıdır. Və bu zəmində nümayəndəliyini onlara verdiyimiz hüquqlardan istifadə edərək, artıq indidən bizə aid nemətlərimizi geri qaytarmağa və ən qısa müddətdə bütün insanlığı Yaradıcı Cəmiyyət olaraq Vahid bir Ailə şəklində birləşdirmək üçün çalışmağa başlayacaqdır. Yalnız dünyanın bütün ölkələri istehlakçı cəmiyyət formatından yaradıcı cəmiyyət formatına keçməyə hazır olduqları zaman biz, bütün Yer üzünün sakinlərini qanunvericilik nəzdində Vahid bir İnsanlıq Ailəsinə – Yaradıcı Cəmiyyətə qaytaracaq olan Ümumdünya referendumunu keçirə bilərik.

Bunu isə biz ancaq sülh yolu ilə həyata keçirə bilərik. Hörmətli İgor Mixayloviçin də dediyi kimi: “İnsanlığın inqilablara ehtiyacı yoxdur, insanlığın Təkamülə ehtiyacı var”.

“ALLATRA” BİH-ın iştirakçısı

Elçin

Yayım “Yaradıcı cəmiyyət”


Yayım Yaradıcı cəmiyyət hər kəsi birləşdirir

Şərh yaz